Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzərTAc-a bildirmişdir ki, fevralın 26-da Xocalı faciəsinin 20-cu ildönümü ilə əlaqədar paytaxtda keçiriləcək anım tədbiri ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır. 
Əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırılır ki, Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək mərasimin iştirakçılarının təhlükəsizliyini təmin etmək, onların rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə fevralın 26-da səhər 7.30-dan tədbir qurtaranadək Xocalı prospekti istiqamətinə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq, istiqamətlər dəyişdiriləcəkdir.
Tədbir iştirakçılarının Azadlıq meydanından başlayaraq Neftçilər prospekti ilə Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti istiqamətində yürüşlə hərəkətini nəzərə alaraq Heydər Əliyev prospektinin 10-cu zavod dairəsi ilə kəsişməsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Nəcəfqulu Rəfiyev küçəsinin Nobel prospekti kəsişməsindən Xocalı prospektinə, həmçinin S.Semuşkin, Fəzail Bayramov, Natiq Əliyev, Ayaz İsmayılov, İzzət Orucov və Yelyominka küçələrindən bütün avtomobillərin hərəkəti məhdudlaşdırılaraq, istiqamət dəyişdiriləcəkdir. Eyni zamanda, "Azneft meydanı"ndan Neftçilər prospekti ilə Azadlıq meydanı istiqamətinə, həmçinin geriyə, eləcə də Cavanşir körpüsü-Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti-Zərifə Əliyeva küçəsi, Azadlıq prospekti-Xaqani küçəsi, Xaqani - Puşkin küçələri, Kövkəb Səfərəliyeva-28 May küçələri kəsişməsindən bu istiqamətlərə də avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq, istiqamətlər dəyişdiriləcəkdir.
Sürücülərdən xahiş olunur ki, bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında