"Azərsu" ASC-də Xocalı şəhidlərinin xatirəsi yad edilmişdir

Dünən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsi insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə bəşəriyyət tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşmüşdür. 20 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan edərək yüzlərlə köməksiz, günahsız dinc əhaliyə divan tutmuşdur. Hərbi təcavüz zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, 8 ailənin bütün üzvləri öldürülmüş, 487 dinc sakin ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülən 150 nəfərin taleyi hələ də məlum deyil.
Qeyd olunmuşdur ki, bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il martın 1-də bununla bağlı xüsusi fərman imzalamışdır. Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir". Tədbirdə çıxış edən "Birləşmiş Sukanal" MMC-nın sədri, Qarabağ müharibəsi veteranı Etibar Məmmədov, "Azərsu" ASC-nin mühəndisləri Heydər Abbasov, Firuzə Hüseynova Xocalı faciəsini törədənlərin əsas məqsədlərinin Azərbaycan torpaqlarının işğalı və etnik təmizləmə siyasəti olduğunu bildirmişlər. Çıxışlarda faciənin 20 il əvvəl olduğu kimi, bu gün də hər bir azərbaycanlının qəlbini sızlatdığı və soyqırımı qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd edilmişdir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında