Azərbaycan hüquqi sahədə Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsinə mühüm əhəmiyyət verir

Fevralın 23-də baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının hüquqi sahədə Rusiya Federasiyası ilə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyini xüsusi vurğulayan baş prokuror, mövcud olan zəngin müqavilə-hüquq bazasına söykənən dostluq və tərəfdaşlıq münasibətlərinin hər iki ölkənin hüquq mühafizə orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini bildirmişdir.
Hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və bu sahədə əldə olunmuş nailiyyətlərdən məmnunluğunu ifadə edən qonaq hüquqi sahədə münasibətlərin dərinləşdirilməsi üçün böyük perspektivlərin mövcudluğunu və konkret sahələr üzrə qarşılıqlı səmərəli əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu xüsusi qeyd etmişdir.
Görüşdə hüquqi sahədə əməkdaşlıq və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.
Fevralın 24-də A.Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfəri çərçivəsində Bakı Dövlət Universitetində Əməkdar Hüquqşünas, professor İlham Rəhimovun cinayətkarlıq və cəza məsələlərinə dair nəzəri və tarixi aspektləri özündə əks etdirən "Cinayətkarlıq və cəza" kitabının təqdimat mərasimində iştirak etmişdir. Mərasimdə, həmçinin Rusiya Federasiyasının nüfuzlu ali təhsil müəssisələrinin professorları və hüquq ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında