"Ədalətsizliyə etiraz"

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar "Ədalətsizliyə etiraz" mövzusunda mərasim keçirilmişdir.
Fonddan AzərTAc-a bildirmişlər ki, tədbirdə qurumun əməkdaşları, alimlər iştirak etmişlər.
Mərasimdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına ünvanladığı müraciəti bir daha səsləndirilmişdir.
Fondun icraçı direktoru Elçin Babayev xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Xocalı soyqırımına dünya birliyi tərəfindən siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini bildirmiş, qurumun bu istiqamətdə gördüyü işlərdən danışmışdır.
Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü professor Yaqub Mahmudov bu faciələrin daha dərin tarixi olduğunu və Azərbaycana qarşı törədilən bu sistemli soyqırımı aktlarının əsrlər boyu davam etdiyini vurğulamışdır. Yaqub Mahmudov Azərbaycan xalqının bütün bu hadisələrdən məğrur çıxdığını, ölkəmizin qüdrətli və güclü xarici siyasəti olan bir dövlətə çevrildiyini qeyd etmişdir. Texnika elmləri doktoru, professor Valeh Baxşəliyev bu faciəni bəşəriyyətin həm mənəvi, həm cismani, həm də mədəni baxımdan ən amansız soyqırımılarından biri kimi qiymətləndirmişdir.
Tədbir zamanı Xocalı faciəsini əks etdirən film nümayiş etdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında