Azərbaycan Diplomatik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir

Fevralın 24-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Azərbaycan Diplomatik Akademiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə ADA-nın müəllim-professor heyəti, tələbələri və xarici qonaqlar iştirak etmişlər.
Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə ADA-nın prorektoru Fariz İsmayılzadə çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı keçmişini unutmayan, şəhidlərini daim anan və gələcəyə ümidlə baxan xalqdır. Xocalı soyqırımı Azərbaycan xalqının məğrurluğunu, düşmənə baş əyməməyini bütün dünyaya nümayiş etdirdi. Erməni quldurları belə bir vəhşi soyqırımı aktı törətməklə xalqımızı qorxutmağa çalışdılar. Lakin əks reaksiya ilə qarşılaşdılar. Erməni millətçilərinin özləri xalqımızın məğrurluğundan, əyilməzliyindən qorxuya düşdülər.
Bu gün Azərbaycanın dünyada iqtisadi cəhətdən ən dinamik inkişaf edən dövlətə çevrilməsi erməniləri daha çox qorxutmuşdur.
Sonda ADA-nın magistr tələbələri Fərid Osmanov və Şəhla Abbəkirova Xocalı soyqırımı zamanı baş verənləri tədbir iştirakçılarına film vasitəsilə bir daha xatırlatmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında