Dünyada 6 milyard mobil rabitə istifadəçisi var

Ericsson şirkətinin analitiklərinin hesablamalarına görə, 2011-ci ilin yekunları üzrə dünyada mobil rabitənin nüfuz səviyyəsi 85 faiz və ya 6 milyard nəfər təşkil edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyininin rəsmi saytı mincom.gov. az məlumat yaymışdır. Məlumatda deyilir ki, planet sakinlərinin 60 faizini təşkil edən 4,1 milyard insan ən azı bir mobil rabitə operatorunun abunəçisidir. 
İsveç istehsalçısının analitikləri hesab edirlər ki, bu rəqəm mobil rabitə abunəçilərinin real sayının göstəricisidir, belə ki, bəzən istifadəçi eyni vaxtda bir neçə operatorun abunəçisi olur. Ericssonun hesablamalarına görə, il ərzində abunəçilərin sayı orta hesabla 13 faiz artır və artımın qeydə alındığı lider ölkələr sırasına Hindistan və Çin daxildir.
Dünya abunəçilərinin 75 faizə yaxını GSM-dən, 15 faizi 3G/HSPA rabitə standartından yararlanır. İl ərzində genişzolaqlı mobil internetdən istifadə edənlərin sayı təxminən 60 faiz artıb və hazırda onların sayı 1 milyarda yaxındır. Bundan başqa, dünyada smartfonların populyarlığı durmadan artır. 2010-cu ildə satılan telefonların 20 faizi smartfon olduğu halda 2011-ci ildə bu rəqəm 30 faizi ötüb. Ümumilikdə isə hələlik dünya üzrə mobil rabitə istifadəçilərinin yalnız 10 faizi smartfon sahibidir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında