Pakistanda Xocalı soyqırımı ilə əlaqədar seminar keçirilmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq, Pakistan İslam Respublikasının Milli Müasir Dillər Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş "Azərbaycanda Xocalı soyqırımı" adlı seminar keçirilmişdir. 
Tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, senatorlar, Müasir Dillər, Preston, Milli Müdafiə, Qaide Azim, Fatma Cinnah, Zülfüqar Əli Bhutto universitetlərinin, Diplomatik Akademiyanın rəhbər və müəllim heyəti, Pakistanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Asiya Sivilizasiyaları Cəmiyyətinin sədri, professor Z.A.Qureşi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və Azərbaycanın daha 7 rayonunun işğal olunduğunu vurğulamış, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü qeyd etmişdir. Z.A.Qureşi 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırmışdır.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək, Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat vermişdir. Səfir Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsində göstərdiyi prinsipiallığa görə Pakistan Senatı və xalqına bir daha dərin minnətdarlığını bildirmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin sonunda üzərində "Xocalı Soyqırımına Ədalət" sözləri yazılmış köynəklər geyinən bir qrup gənc Milli Müasir Dillər Universitetinin rektoru, general Masud Hasan və səfir D.Şikarovla şəkil çəkdirmişdir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında