Kürdəmirdə Xocalı şəhidlərinin xatirəsi anıldı

Fevralın 23-də Kürdəmir rayonunda Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş ümumrayon tədbir keçirilmişdir. Tədbirdən əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov rayonda müvəqqəti məskunlaşmış bir qrup Xocalı sakinini qəbul etmiş, onların qayğı və problemləri ilə bir daha maraqlanmış, maddi yardım göstərmişdir. Sonra rayondakı Şəhidlər Xiyabanı ziyarət edilmiş, məzarlar üzərinə tər çiçəklər düzülmüş, mədəniyyət evinin foyesində təşkil edilmiş Xocalı soyqırımına aid rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Mədəniyyət evində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirdə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş videofilmə tamaşa etdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Xocalı faciəsinin XX əsrin ən dəhşətli və qəddar cinayətlərindən olduğunu, 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsindən olduğunu qeyd etmişdir. Natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş SSRİ-yə məxsus olan 366-cı alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə 5 istiqamətdən hücüm etdiyini, şəhərin yerlə-yeksan edildiyini, əliyalın dinc mülki əhalinin kütləvi qətliama məruz qaldığını, uşaqların, qadınların, qocaların, xəstələrin ağlasığmaz vəhşiliklə qətlə yetirildiyini qeyd etdi. Onun sözlərinə görə, erməni millətçiləri və onların havadarları Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, əvəzində qondarma "erməni soyqırımı"nı qəbul etdirmək üçün təbliğat kompaniyası aparır. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində apardığı uğurlu və ardıcıl tədbirlər artıq öz nəticəsini verməyə başlamış, bir sıra ölkələr faciənin əsl qiymətini vermişdir. Xalqımız cənab Prezidentin apardığı uğurlu xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyinə böyük ümidlər bəsləyir.
Sonra şəhər 6 saylı məktəbin şagirdləri tərəfindən hazırlanmış "Xocalı yolumuzu gözləyir" mövzusunda səhnələşdirilmiş ədəbi-musiqili kompozisiya nümayiş etdirildi. Tədbir iştirakçıları Xocalı soyqırımına müvafiq hüquqi-siyasi qiymət verilməsini, qanlı cinayətləri törədənlərin layiqli cəzalandırılmasını bir daha beynəlxalq təşkilatlardan tələb etdilər.
Rayon icra hakimiyyətinin dəstəyi ilə işıq üzü görmüş müəllifi Kürdəmir rayon Mədəniyyət və Turizm idarəsinin müdiri V.Alıyev olan "Xocalı göyərçinləri" kitabı da oxuculara təqdim edildi.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında