Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcək

Fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcəkdir. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirmişdir ki, iclas iştirakçıları əvvəlcə Xocalı soyqırımı ilə əlaqədar parlamentin binasının foyesində təşkil olunmuş sərgi ilə tanış olacaqlar.
Sərgidə Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, Milli Məclisin qəbul etdiyi qərar və bəyanatlar, Baş Prokurorluğun məlumatları, fotomateriallar, eləcə də kitab, jurnal və broşürlərlə tanış olacaqlar. A.Nəsirov demişdir ki, sərgidə Azərbaycan Prezidenti Administrasiyası ilə AzərTAc-ın birgə layihəsi əsasında hazırlanmış, Azərbaycan dili ilə yanaşı 5 dilə (ingilis, rus, fransız, alman və ərəb dilləri) tərcümə olunmuş "Xocalı XX əsrin soyqırımı" kitabı da nümayiş etdiriləcəkdir.
Xocalı soyqırımı ilə bağlı Milli Məclisin əməkdaşlarının hazırladıqları qısametrajlı sənədli film də nümayiş olunacaqdır. Xüsusi iclasda Xocalı soyqırımının dünyada tanınması ilə bağlı müzakirələr aparılacaqdır. Sonda dünya ölkələrinin parlamentlərinə və beynəlxalq təşkilatlara müraciətin qəbul ediləcəyi də istisna edilmir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında