Azərbaycan Tibb Universiteti və Türkiyənin Qazi Universiteti Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirmişlər

Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universiteti (ATU) və Ankaradakı Qazi Universiteti Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirmişlər.
"TRT Avaz" və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qazi Universitetinin Atatürk və Gənclik abidəsi və Bakıdakı Şəhidlər xiyabanından təşkil etdikləri telekörpü vasitəsilə ilə canlı yayımlanan mərasimdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Qazi Universiteti tələbə komitəsinin sədri Kamil Kubilay Yıldırım, Qazi Universitetinin rektoru, professor Rıza Ayxan, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə parlamentinin deputatı Yusuf Halaçoğlu, ATU-nun professoru Dilqəm Tağıyev və başqaları ermənilərin Xocalıda və Qarabağın digər yerlərində törətdikləri qətliamlardan bəhs etmiş, erməni vandalizminin və məkrli təbliğatının bütün dünyada ifşa olunması üçün Türkiyə və Azərbaycan ictimaiyyətinin səyləri birləşdirmələrinin zəruriliyini vurğulamışlar.
Tədbir iştirakçıları "Xocalı qətliamı - böyük cinayət" sənədli filminə tamaşa etmiş, Qazi Universitetinin Rəsm və Heykəl Muzeyində təşkil olunmuş sərgi ilə tanış olmuşlar.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında