Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi qiymət verilməlidir

Bu fikir Qafqaz Müsəlmanları İdarəsində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar keçirilmiş konfransda səslənmişdir. Şəhidlərin ruhuna dualar oxunmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımı XX əsrdə Azərbaycan xalqının başına gələn dəhşətli faciələrdən biridir.
1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərdən ibarət silahlı dəstələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti və texnikasının köməyi ilə Xocalı şəhərinə soxularaq onun dinc əhalisini gülləbaran etmişlər.
Həmin gecə 613 dinc vətəndaş, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl qətlə yetirilmişdir. Dəhşətli vəhşiliklər Xocalı əhalisinin başına yalnız azərbaycanlı olduqları üçün gətirilmişdir. Onların hamısı xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirilmişlər.
Həmin gecə şəhid olan xocalıların xatirəsi əbədi yaşayacaqdır. Allahşükür Paşazadə Xocalı muzeyinin açılmasını təklif etmişdir ki, gələcək nəsillər bu dəhşətli hadisələri heç zaman yaddan çıxarmasınlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxışında bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı faciəsinə hüquqi qiymət vermişdir. Azərbaycan Milli Məclisinin qərarı ilə fevralın 26-sı Xocalı Faciəsi Günü elan olunmuş, ermənilərin təcavüzkar siyasəti barədə dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində işlər başlanmışdır. İslam Konfransı Təşkilatı Gənclər Forumunun sədri Elşad İsgəndərov, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Konstantin ata, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Xocalı faciəsinin şahidi, Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatları çıxışlarında Xocalı faciəsi barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasının və bu hadisəyə beynəlxalq səviyyədə siyasi qiymət verilməsinin vacibliyini vurğulamışlar.
Konfrans iştirakçıları dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət qəbul etmişlər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin imzaladıqları müraciəti Qafqaz Müsəlmanları İdarəsinin Dini-Elmi Şurasının sədri, akademik Vasim Məmmədəliyev oxumuşdur.
Müraciətdə deyilir ki, bəşəriyyət insanlığa qarşı cinayətləri daim nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini hər zaman lənətləmişdir. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisi erməni quldurlarının basqınına məruz qalmışdır. Acı həqiqət ondan ibarətdir ki, qatillərin heç biri cəzasını almamış, erməni ekstremistlərinə qarşı heç bir beynəlxalq sanksiya tətbiq edilməmişdir. Xocalıda törədilən məqsədyönlü soyqırımı aktı bütün bu vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur. Təəccüb doğuran haldır ki, ermənilər saxta "erməni soyqırımının qurbanları"na mərhəmət yaratmağa çalışırlar.
Din xadimləri dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət edərək onları ədalətli mövqe tutmağa, Xocalı qətliamına siyasi qiymət verməyə çağırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında