Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlıq genişlənir

Bakıda səfərdə olan Türkiyənin daxili işlər naziri İdris Naim Şahin fevralın 23-də Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə inkişafını qeyd edən nazir F.Məmmədov zəngin müqavilə-hüquq bazasına söykənən ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsini, hər iki dövlətin ədliyyə nazirlərinin qarşılıqlı səfərlərinin, beynəlxalq təşkilatlar çərçivəsində göstərilən dəstəyin əhəmiyyətini, habelə Ədliyyə akademiyaları arasında səmərəli əməkdaşlığın vacibliyini vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə sahəsində aparılan islahatlar və qazanılmış nailiyyətlər barədə məlumat verilmişdir.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən türkiyəli nazir xalqlarımız arasında qardaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmiş, respublikamızın nailiyyətlərini təqdir etmiş, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, elektron xidmətlərin tətbiqi, bələdiyyələrin fəaliyyəti və s. məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında