Azərbaycan ilə Türkiyə dünyada və bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə qarşı vahid mövqedən çıxış edirlər

Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyəti fevralın 23-də Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovla görüşmüşdür.
Nazir Ramil Usubov Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu xatırlamış, ölkələrimiz arasında əlaqələrin inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, bu strateji əməkdaşlıq və qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın Daxili İşlər Nazirliyi qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişafına böyük önəm verir. Bu əlaqələrin normativ-hüquqi bazası, ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təcrübə mübadiləsi, dostluq münasibətlərinin və strateji əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi barədə dövlətlərarası müqavilələrə əsaslanır.
Ramil Usubov bu səfərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Türkiyənin daxili işlər naziri İdris Naim Şahin rəsmi dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hər hansı iki dövlət arasındakı əlaqələrə bənzəmədiyini və onların əkiz qardaşlar olduğunu vurğulamış, ölkələrimizin dünyada və bölgədə daimi sülhün bərqərar edilməsi, əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə etmişdir. Qonaq iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini də qeyd etmişdir.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə edilmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında