Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür.  
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışmış, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.
İdris Naim Şahin Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini və bunun təqdirəlayiq olduğunu qeyd etmiş, iki ölkənin fövqəladə halların idarə olunması sahəsində müvafiq qurumları arasındakı mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin, müxtəlif görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirmişdir.
Qonaq, həmçinin Azərbaycan xilasedicilərinin Türkiyənin Van vilayətində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı göstərdikləri fədakarlığa görə təşəkkür etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında