Roland KOBİA: Azərbaycan vətəndaşları rahat şəkildə Avropa ölkələrinə səfər edə biləcəklər

"Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı razılaşmaların əldə edilməsi bizim üçün çox böyük bir uğur olacaq. Artıq bir neçə ölkə - Gürcüstan və Moldova ilə belə razılaşmalar əldə edilib.
Digər ölkələrlə də bu sahədə danışıqlar aparılır". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. O bildirib ki, viza rejiminin sadələşdirilməsi Azərbaycan üçün çox vacibdir: "Bu rejim barədə razılaşmalar əldə edildikdən sonra Azərbaycan vətəndaşları daha qısa müddət ərzində və rahat prosedurlarla Avropa ölkələrinə viza əldə edə biləcəklər. Bu, bizi çox sevindirir. Azərbaycan vətəndaşları rahat şəkildə Avropa ölkələrinə səfər edə biləcəklər".
Qeyd edək ki, Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı növbəti danışıqlar martın 1-2-də keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında