"Kapital Bank" əməkdaşlarının tibbi sığorta proqramına başladı

"Kapital Bank" əməkdaşlarının korporativ tibbi sığortaçısı qismində "Paşa Sığorta" şirkətini təyin edib. "Kapital Bank"ın Tibbi Sığorta Proqramı ilkin mərhələdə bank, inzibati və texniki işçilər daxil olmaqla bankın mərkəzi ofisində və Bakı filialında çalışan əməkdaşlarını əhatə edir. 
Müqavilənin imzalanmasından sonra "Kapital Bank"ın İnsan resurslarının İdarəedilməsi Departamentinin direktoru Nüşabə Bəylərbəyova "Paşa Sığorta" şirkətinin "Kapital Bank"ın əməkdaşlarının sığortalanmasına dair təklif etdiyi şərtlərdən yüksək dərəcədə məmnuniyyətini, o cümlədən əməkdaşlığın inkişaf etməsində və genişlənməsində əmin olduğunu bildirdi. "Paşa Sığorta"nın Tibbi və Səyahət Sığortası Departamentinin müdiri Rəna Məmmədova öz növbəsində qeyd etdi: "Bizim tibbi sığorta üzrə strategiyamız bank sektorunun tibbi sığorta bazarında mövqelərinin genişləndirilməsini nəzərdə tutur. Hazırda "Paşa Sığorta"nın tibbi sığortalılarının siyahısında "AccessBank", "Paşa Bank", "Bank of Baku", "Muğan Bank", "Bank Avrasiya" və "United Credit Bank" kimi bank institutları yer almışlar. Əminəm ki, "Kapital Bank"ın öz əməkdaşlarının sığortalanmasına peşəkar yanaşması və "Paşa Sığorta" şirkətinin müştərilərin maraqlarına yüksək dərəcədə cavab verməsi bizim təşkilatlar arasında mövcud əməkdaşlığın uğurla davamının möhkəm təməlini qoyacaqdır".
Çoxprovayderli xidmət modeli üzərində qurulmuş "Paşa Sığorta"nın Korporativ Tibbi Sığorta Proqramı tibbi sığorta müqaviləsi çərçivəsində müştərilərin müraciətlərinə gün ərzində fasiləsiz təminatı həyata keçirir və ölkənin 18 qabaqcıl özəl və dövlət tibb müəssisələrində və aptek şəbəkələrində müştərilərə göstərilən təcili, ambulator və stasionar tibbi yardımın keyfiyyətinə nəzarət edir. 2007-ci ildən etibarən "Paşa Sığorta"nın əməliyyat sistemi Tibbi Sığorta Xidməti və Tibbi Assistans daxil olmaqla sığorta məhsulları və xidmətlərinin idarə edilməsinin ISO 9001:2008 standartlarına uyğun olmasına görə Britaniya agenti Moody International Agentliyi tərəfindən müvafiq təsdiqləyici sertifikatla təltif edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında