Serj Sərkisyana məktub yazmış azərbaycanlı qıza cavab gəlmişdir

Fransa prezidenti Nikola Sarkoziyə və Ermənistan prezidenti Serj Sərkisyana göndərdiyi məktublar sayəsində təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanınan 20 yaşlı Xocalı sakini Zərifə Quliyeva hazırda Türkiyədədir. 
Z.Quliyevanın prezidentlərə ünvanladığı məktublar erməni silahlı qüvvətləri tərəfindən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən dəhşətli qırğınla bağlıdır. Bu qırğın törədilərkən anasının qarnında 3 aylıq körpə olan Zərifə atasını, qardaşını və 20 nəfər yaxınını itirib.
Modern.az saytının məlumatına görə, fevralın 21-də Zərifənin məktubuna ilk cavab Ermənistandan gəlib. Ermənistan tərəfi iddia edib ki, prezident Sərkisyana Azərbaycandan məktub ünvanlansa da onu yazan qız yoxdur.
"Bu adam xəyalidir" deyə Ermənistan tərəfi həmişə olduğu kimi, həqiqəti inkar etməyə çalışıb. Amma Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Türkiyədəki tədbirlərə qatılan və hazırda anası ilə birgə İstanbulda olan Zərifə Quliyeva "Ermənistan yalan söyləyir, mən varam, mən buradayam" - deyə "Hürriyət" qəzeti vasitəsilə açıqlama vermişdir.
Anası Rahilə Quliyeva ilə birlikdə İstanbula gələn Zərifə fevralın 22-də orada təşkil edilmiş mətbuat konfransında Xocalı faciəsinin şahidi olan bir qrup azərbaycanlı ilə birlikdə iştirak etmişdir. Zərifə Quliyeva Azərbaycanda ali məktəbin II kurs tələbəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında