ABŞ-ın Missisipi ştatının Senatında və Nümayəndələr Palatasında Azərbaycanla bağlı qətnamələr qəbul olunmuşdur

Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ikitərəfli münasibətlərin inkişafı istiqamətində yeni addımlar atılır. APA-nın məlumatına görə, Amerikada səfərdə olan Azərbaycan-Türkiyə nümayəndə heyəti fevralın 21-də Missisipi ştatının Senatında, Nümayəndələr Palatasında, eləcə də digər dövlət orqanlarında bir sıra mühüm görüşlər keçirib. Azərbaycan nümayəndə heyətinə millət vəkillərindən Asim Mollazadə və Sevinc Fətəliyeva, ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov daxildir.
Səfər çərçivəsində Missisipi Senatında keçirilmiş görüşdə çıxış edən Asim Mollazadə Azərbaycanın regionda ABŞ-ın strateji müttəfiqlərindən olduğunu nəzərə çatdırıb və ikitərəfli münasibətlərin qarşıdakı mərhələdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Senator Con Horn Amerika-Azərbaycan münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək Missisipi ştatı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bu əlaqələrə yeni təkan verəcəyinə əminliyini ifadə edib. Dinləmələrdən sonra Missisipi Senatında Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətləri dəstəkləyən 561 saylı qətnamə qəbul olunub.
Daha sonra rəsmi görüşlər Missisipi ştatının Nümayəndələr Palatasında davam etdirilib. A. Mollazadə çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzü məsələsi üzərində xüsusi dayanaraq bildirib ki, bu günlərdə Azərbaycanın hər yerində Xocalı faciəsinin 20 illiyi böyük hüznlə anılır. "Xocalıya ədalət" şüarını səsləndirən millət vəkilinin çıxışı konqresmenlər tərəfindən alqışlanıb. Missisipi Nümayəndələr Palatasında da Azərbaycanla bağlı 38 saylı qətnamə qəbul olunub.
Səfər çərçivəsində Amerikanın dövlət rəsmilərinin, Missisipi ştatı dövlət katibinin, senatorların və Nümayəndələr Palatası üzvlərinin iştirakı ilə Türkiyə-Azərbaycan və Missisipi biznes-sammiti keçirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında