ATİB müraciət edir: " XOCALINI unutmamalı və unutdurmamalıyıq"

Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı İstanbulda keçiriləcək anım yürüşündə iştirakla əlaqədar olaraq Azərbaycan Türkiyə İş Adamları Birliyi Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciət ünvanlamışdır.
Müraciətdə bildirilir ki, 2012-ci il fevralın 26-da Azərbaycan xalqının və bütün bəşəriyyətin XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən olan Xocalı soyqırımının 20-ci ildönümüdür. Bu münasibətlə dünyanın bir çox şəhərlərində, o cümlədən İstanbulda Xocalı soyqırımını anım mərasimləri təşkil ediləcəkdir.
Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) olaraq, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu tərəfindən 2012-ci il fevralın 26-da İstanbulda təşkil ediləcək Xocalı soyqırımını anım yürüşünə dəstək verdiyimizi diqqətinizə çatdırırıq. Anım yürüşü Qalatasaray liseyinin (İstiqlal küçəsində yerləşir) önündə saat 14.00-da başlayacaq və daha sonra iştirakçılar Taksim meydanına doğru hərəkət edəcəkdir.
ATİB ilk növbədə Azərbaycan və Türkiyənin iş adamlarını, həmçinin, hər iki qardaş ölkənin ictimaiyyətinin müxtəlif təbəqələrinin təmsilçilərini İstanbulda keçiriləcək Xocalı soyqırımını anım yürüşündə aktiv surətdə iştirak etməyə dəvət edir.
ATİB əmindir ki, hər zaman ədalətsizliyə qarşı özünün həssaslığını nümayiş etdirən Türkiyə ictimaiyyəti Xocalı soyqırımını anım yürüşündə də qətiyyət göstərəcək, ən geniş çəkildə iştirak edəcəkdir.
Azərbaycan Türkiyə İş Adamları Birliyi Türkiyə mediasını, televiziya kanallarını və qəzetlərini, xüsusilə aparıcı media təmsilçilərini və köşə yazarlarını bu tədbirə biganə qalmamağa çağırır, onları iki qardaş ölkənin hər zaman bir yerdə olduğunu sübut edəcək bu tədbirə yaxından dəstək verməyə çağırır.
Xocalı faciəsi haqqında qısa olaraq onu xatırlatmağı vacib hesab edirik ki, bu faciə Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla və insanlığa sığmayan işgəncələrlə öldürülmüş, dinc sakinlərin başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların bədənləri süngü ilə deşilmişdir.
ATİB-in Azərbaycan və Türkiyə ictimaiyyətinə ünvanladığı müraciətində son olaraq göstərilir ki, devizimiz belə olmalıdır: Xocalını unutmayaq, unutdurmayaq!

{nl}

Z.BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında