SİNAM şirkəti Cisco-nun gümüş tərəfdaş statusunu alıb

Azərbaycanın SİNAM şirkəti telekommunikasiya avadanlığı və proqram təminatı təchizatı sahəsində dünyanın aparıcı korporasiyalarından olan Cisco-nun gümüş tərəfdaş (Cisco Silver Certified Partner) statusunu alıb. Statusun verilməsi ilə bağlı qərar Cisco tərəfindən aparılmış müstəqil audit nəticəsində şirkətin əldə etdiyi yüksək müsbət qiymətlərə əsasən verilib.
Bu barədə mincom.gov.az saytı məlumat yayıb. Cisco Silver Certified Partner statusu SİNAM-ın qarşısında şəbəkə texnologiyaları sahəsində dünya lideri olan şirkət ilə birgə inkişaf və artım, sərfəli kommersiya əməkdaşlığı şərtləri, müştərilərlə əlaqələrin optimallaşdırılması və onların loyallığının artırılması, həmçinin Cisco-nun xüsusi marketinq proqramlarında iştirak üçün imkanlar açır.
Öz növbəsində, SINAM şirkətinin əldə etdiyi yeni status müştərilər üçün də yerli gümüş tərəfdaş vasitəsilə Cisco texnologiyaları bazasında daha mürəkkəb layihələrin reallaşdırılması imkanı, Cisco avadanlığının və proqram təminatının servis dəstəyi sahəsində əlavə xidmətlərin alınması, həmçinin Cisco şirkətinin bu statusa malik tərəfdaşlar qarşısında qoyduğu standartlara uyğun maksimal dərəcədə yüksək xidmət keyfiyyəti kimi bir sıra üstünlük verir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında