Köhnə, yöndəmsiz evlərin yerində abad, yaraşıqlı kəndlər salınmışdır

Kəndlərimiz primitiv üsullarla tikilmiş yaşayış evlərinin əksəriyyəti qamış-qomdan, bəziləri isə çiy kərpicdən idi. Rayon ilə kəndimizi birləşdirən yol, əgər buna yol demək mümkün idisə payız-qış aylarında keçilməz olurdu. Cəmisi 15 km olan bu yolda maşınlarla belə saatlarla ilişib qalırdıq.
Bütün bunlar az imiş kimi hələ üstəlik 2010-cu ilin yazı Qasımbəyli və ətraf kəndlər üçün fəlakət gətirdi. Kür çayında suyun səviyyəsi ağlagəlməz həddə çatdı. Ümidimiz çayın mühafizə bəndinə idi. Qadınlı-kişili daşqınla mübarizəyə girişmişdik.
Fövqəladə Hallar Nazirliyinin və Daxili Qoşunların əsgər və zabitləri də bizimlə çiyin-çiyinə gecəli-gündüzlü çalışırdılar. Lakin dəli Kür məcrasından çıxdı, bəndi uçurub Sarı su gölünü ağuşuna aldı.
Ata-babalarımızın "qara külək" adlandırdıqları qərb küləyinin yaratdığı nəhəng dalğalar mayın 24-də Sarı su gölünün mühafizə bəndini dağıtdı. Cəmi bir neçə saat ərzində kəndlərimiz-Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı daşqına məruz qaldı. Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələrinin köməyi ilə sakinlər təhlükəsiz yerə köçürüldü. Dövlətimiz bizə arxa-dayaq durdu. İsti yeməkdən tutmuş pal-paltara qədər hər şeylə təmin olunduq. Prezidentimizin hərtərəfli qayğısı və yaradılmış hökumət komissiyasının səyi ilə mühafizə bəndləri bərpa edildi, insanlar yenidən doğma kəndlərinə qayıtdılar.
Bir yandan bağlayan bir yandan açar, deyiblər. İndi kəndimizin siması tamamilə dəyişib. Prezidentimiz İlham Əliyev verdiyi sözlərin hamısını əməli işdə həyata keçirdi. Əhaliyə kürsülü evlər tikildi, kəndi rayonla birləşdirən yol asfaltlaşdırıldı. Qasımbəyli məktəbi bir çox şəhər məktəblərinin həsəd aparacağı layihə əsasında yenidən quruldu. Dövlət başçısının da tanış olduğu bu təhsil ocağına ən müasir avadanlıqlar verildi, isitmə sistemi ilə təchiz olundu. Əsgərbəyli kənd məktəbi əsaslı təmir edildi, əlavə korpus inşa olundu və tam orta məktəbə çevrildi. Yuxarı Axtaçı kənd məktəbinin yeni binasında tikinti işləri bu gün sürətlə aparılır. Kəndlərimizdə tibb ocaqları, poçt məntəqəsi istifadəyə verilmişdir.
2011-ci il mayın 5-də kəndimiz bayram libasına bürünmüşdü. Hörmətli Prezidentimiz İlham Əliyev Qasımbəyli kəndinə gəlmişdi. Bu yaddaşımızda əbədi qalacaq unudulmaz bir tarixi hadisə idi.
Möhtərəm Prezidentimizin "Mən hər bir azərbaycanlının prezidentiyəm" sözləri bir daha qulağımızda səsləndi. Bu sözlər qəlbimizi qürur hissi ilə doldurur. Bəli, o hər birimizin Prezidentidir. O, bunu bizim üçün ən ağır günlərdə əməli işi ilə sübut etdi.
İndi bizim möhkəm özüllü daş evlərimiz, gözəl məktəbimiz, rahat asfalt yolumuz var. Yaxın vaxtlarda kəndə qaz çəkilişi də planlaşdırılır. Artıq o köhnə daxmalardan ibarət kəndlərimizin yerində abad, yaraşıqlı yeni kəndlər - Qasımbəyli, Əsgərbəyli, yuxarı Axtaçı və Muradbəyli göz oxşayır. Bütün bu qayğıya görə Sizə təşəkkür edirik, cənab Prezident!
Əminik ki, müstəqilliyimiz və taleyimiz etibarlı əllərdədir. Allah Sizi qorusun!

{nl}

Şahin QASIMOV, Sabirabad rayonu, Qasımbəyli kənd sakini, şair

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında