Almaniyadakı Azərbaycan diasporu etiraz müraciəti yaymışdır

Almaniyadakı Azərbaycan diasporu etiraz müraciəti yaymışdır.
Bu barədə Leipniz adına Hannover Dövlət Universitetinin tələbəsi Elşən Atayaroğlu məlumat vermişdir.
Müraciətdə fevralın 23-24-də Almaniya Federativ Respublikasının Aşağı Saksonya vilayətinin paytaxtı Hannover şəhərində keçiriləcək "Orta məktəb təhsilində soyqırımı tədrisi" adlı ikigünlük qurultaya etiraz bildirilmişdir.
Qeyd edilir ki, vilayətin Mədəniyyət Nazirliyi və digər rəsmi dövlət orqanlarının dəstəyi ilə keçiriləcək bu qurultayın məqsədi alman gəncliyini qondarma "Erməni soyqırımı", "Osmanlı İmperiyasının erməni xalqına qarşı irqçi siyasəti və soyqırımı" adı altında uydurma iddialara inandırmaq və bu mövzunun orta məktəblərdə tədris olunması üçün qərar qəbul etməkdir.
Müraciətdə bildirilir ki, Türkiyə və Osmanlı İmperiyasına qarşı uydurma iddia irəli sürən erməniləri dəstəkləyən Almaniyanın Aşağı Saksonya vilayətinin rəsmiləri Xocalı soyqırımına biganəlik göstərirlər.
Müraciətdə o da qeyd edilir ki, bu layihə ilə bağlı ölkəmizin Almaniyadakı səfirliyi tərəfindən Aşağı Saksonya vilayətinin Mədəniyyət Nazirliyinə rəsmi müraciət ünvanlanacaq və həmin qurultayın gündəliyinə bəşəriyyətin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin də əlavə edilməsi tələb olunacaqdır.
Müraciətlə bağlı ətraflı məlumatları bu linkdən öyrənmək olar:
http://www.schulkinowochen-nds.de/index.php?option=com_content&task=view&id=143&Itemid=82

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında