Bakıda "Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu" mövzusunda konfrans keçirilmişdir

Fevralın 22-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə "Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 
Konfransda AHİK sədrinin müavini İlyas Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, işçilər yalnız statusuna, cinsinə, yaşına görə deyil, həm də işəgötürənlə bağlanan müqavilənin növü və ya onun yoxluğu ilə əlaqədar diskriminasiya riskinə məruz qalırlar. Müqavilələri müdafiə olunmayan işçilərin əksəriyyəti qeyri-formal iqtisadiyyatda işləyən və ya hüquqi statusu olmayan miqrant fəhlələrdir.
Diqqətə çatdırılmışdır ki, bu konfrans ikipilləli əmək bazarında mövcud olan diskriminasiya hallarına qarşı mübarizədə və işçilərin müdafiəsinin yaxşılaşdırılmasında həmkarlar ittifaqlarının rolunu müəyyənləşdirmək məqsədi daşıyır.
Konfransın əhəmiyyətindən danışan BƏT-in baş mütəxəssisi Sergius Qlovaskas bildirmişdir ki, belə tədbirlərin keçirilməsi maarifləndirmə baxımından mühüm addımdır. AHİK-in beynəlxalq əlaqələrini müsbət qiymətləndirən BƏT-in nümayəndəsi Azərbaycan ilə təmsil etdiyi qurumun əlaqələrinin sıx inkişaf etdiyini demişdir. S.Qlovaskas vurğulamışdır ki, AHİK-in gənclərin, qadınların, qaçqınların, miqrantların hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər BƏT tərəfindən yüksək qiymətləndirilir. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanda işçilərin əmək hüquqlarının müdafiəsi AHİK-in əsas vəzifəsidir. Təsadüfi deyildir ki, Azərbaycan son illər əmək hüquqlarının qorunması istiqamətində əhəmiyyətli addımlar atmışdır.
Sonra konfrans "Hamı üçün layiqli əmək", "Qeyri-formal iqtisadiyyat: həmkarlar ittifaqlarının cavabı", "Əmək miqrasiyası: əmək miqrantlarının müdafiəsində və beynəlxalq əməkdaşlıqda həmkarlar ittifaqlarının rolu", "Həmkarlar ittifaqlarının fəaliyyət planının hazırlanması" mövzularında sessiyalarda işini davam etdirmişdir.
Sonda işçi qruplarının gördüyü işlər müzakirə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında