Yanvarda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,4 faiz artmışdır

Cari ilin birinci ayında Azərbaycanda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,4 faiz artmış, neft sektorunda isə 2,7 faiz azalmışdır. 
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, yanvarda Azərbaycanda ümumi daxili məhsulun əlavə dəyərinin 42,9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artmış, neft sektorunda isə 2,4 faiz azalmışdır.
Sənaye məhsulunun 77,9 faizi mədənçıxarma bölməsində, 15,8 faizi emal bölməsində, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin emal bölməsində məhsul istehsalı 7,9 faiz, bölmənin məhsullarından qida məhsulları istehsalı 8,5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 57,2 faiz, poliqrafiya fəaliyyəti 47 faiz, rezin və plastmas məmulatları istehsalı 75,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 84,6 faiz, hazır metal məmulatları istehsalı 95,8 faiz, kompyuter və digər elektron avadanlıq istehsalı 15,8 dəfə, maşın və avadanlığın istehsalı 30,6 faiz, digər nəqliyyat vasitələri istehsalı 21,3 faiz, mebel istehsalı 3,4 dəfə, maşın və avdanlığın quraşdırılması və təmiri 6,3 dəfə artmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında