NATO əfqanlardan növbəti dəfə üzr istədi

NATO-nun Əfqanıstandakı qoşunlarının Amerika komandanlığı Quranın nüsxəsini və digər dini mətnləri yandıran əsgərlərinə görə üzr istəyib və insidentin araşdırılmasına başlayıb.
Əfqanıstanda təhlükəsizliyin qorunması üzrə beynəlxalq qüvvələrin (ISAF) komandanı general Con Alenin adından yayılmış bəyanatda Əfqanıstan Prezidenti Həmid Karzaydan, ölkə hökumətindən, eləcə də əfqan xalqından üzr istənilib. General qeyd edib ki, bu hadisə qəsdən törədilməyib və gələcəkdə belə halların təkrarlanmasına yol verilməyəcək.
Amerikalı əsgərlərin Quranı təhqir etdiyini ilk dəfə səsləndirən Əfqanıstan hökumətinin üzvü olub ("Frans-Press"). Bu xəbər yerli əhalinin etirazlarına səbəb olub. Etirazçılar Kabildə və Amerikanın Bəhramdakı hərbi bazasının qarşısında aksiyalar keçiriblər.
Bəhramdakı aksiyaya 2 mindən çox insan çıxıb. Onlar "Allahu əkbər!" deyərək hərbi bazanın darvazasına "Molotov kokteyli" atıblar. Buna cavab olaraq amerikalı hərbçilər rezin güllələrlə nümayişçilərə tərəf atəş açıblar. Kabilin Daxili İşlər Nazirliyinin təmsilçisi Sidiq Siddiqi nümayişlə bağlı informasiyanı təsdiqləyərək əlavə edib ki, toqquşmaların qarşısını almaq üçün əraziyə əlavə qüvvələr göndərilib. Kabildəki aksiyaya isə 500-ə qədər sakin çıxıb. Yerli polis bildirib ki, etirazçılar NATO-nun iri hərbi bazasının yaxınlığında toplaşsalar da, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.
Qeyd edək ki, yanvarın ortasında Amerika hərbi komandanlığı taliblərin meyiti üzərində xoşagəlməz hərəkətlərə yol verən əsgərlərə görə üzr istəmişdi. Bu insidentin videoyazısı internetə çıxandan sonra əsl qalmaqal yaranmışdı. Dəniz piyadalarının ayaqları altındakı meyitlərin taliblərə məxsus olduğu yalnız videoçarxdakı yazıdan bilinirdi.
O zaman komandanlıq bu məsələni araşdıracağını və günahkarları cəzalandıracağını vəd etmişdi. Bu insident "Taliban"la aparılan dinc danışıqlara mane ola bilərdi. Lakin "talibançılar" amerikalı hərbçilərin davranışını pisləsələr də, danışıqlar prosesinə bu məqamın təsir etməyəcəyinə söz verdilər.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında