Suraxanı rayonunda 2011-ci ilə yekun vurulmuşdur

Suraxanı Rayon İcra Hakimiyyətində 2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar. 
Daha sonra tədbir iştirakçıları əməkdar rəssam, rayon sakini Qəyyur Yunusovun Heydər Əliyev Mərkəzində sərgilənən əsərlərinə baxmış və RİH-in rəsm qalereyasında "Suraxanı 8 ildə" adlı fotosərgi və ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olmuşlar.
Yığıncaqda hesabat məruzəsilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov məlumat vermişdir ki, dövlət proqramlarının icrası ilə əlaqədar Suraxanıda ötən il ərzində xeyli iş görülmüşdür. Rayonun sənaye müəssisələri keçən il 291,6 milyon manatlıq iş yerinə yetirmiş, bir işçinin nominal orta aylıq əmək haqqı 461 manata çatmış, rayonda 2176 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-2011-ci illər ərzində rayonda 12340 yeni daimi iş yeri açılmışdır.
Rayon icra hakimiyyətinin başçısı geniş məruzəsində 2011-ci ildə qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr və onların həlli yollarını diqqətə çatdırmışdır.
İ.Abbasov çıxışının sonunda rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, ölkəmizi böyük qətiyyətlə irəliyə aparan Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmiş və əmin etmişdir ki, həmişə olduğu kimi, dövlət başçısının ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə qarşıda duran vəzifələr layiqincə yerinə yetiriləcək.
Məruzə ətrafında Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Ağacan Abıyev və digər natiqlər çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş rayon sakinləri Qəyyur Yunusov və Vasif Rəhimova medallar təqdim olunmuşdur. Bundan başqa, rayonda aparılan abadlıq-quruculuq işlərində və rayonun ictimai həyatında fərqlənən müəssisə və şəxslər rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı və təşəkkürnamə ilə təltif edilmişlər.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxunmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında