Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə yürüş keçirəcəkdir

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə yürüş keçirəcəkdir.
Təmsilçilikdən bildirmişlər ki, fevralın 25-də saat 14.00-da Bursanın mərkəz meydanında keçiriləcək yürüşlə bağlı şəhər Valiliyi və əmniyyət müdiri ilə görüş keçirilmiş, onların razılığı alınmışdır.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində keçiriləcək yürüşə Bursa sakinləri, şəhərin qonaqları və burada yaşayan azərbaycanlılar dəvət olunmuşlar. Yürüşdə iştirak edəcək insanların əllərində Xocalı faciəsini əks etdirən fotoşəkillər və transparantlar olacaqdır.
Bursa yürüşü Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin mətbuat açıqlaması ilə başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında