Moskvada "Karabaxskaya Saqa: Pyotrdan Pavelə qədər" kitabının 2-ci hissəsi çapdan çıxmışdır

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, azərbaycanlı alim Emin Məmmədlinin araşdırması olan tarixi tədqiqatın 9 cilddən ibarət olması planlaşdırılıb. Kitabın ilk iki hissəsi Cənubi Qafqazda baş vermiş, lakin qəsdən araşdırılmayan hadisələrə həsr edilib. 
"Karabaxskaya Saqa" kitabı Rusiya imperatoru I Pyotrun hakimiyyətdə olduğu dövrdən I Pavelin çarlığına qədər olan zaman kəsiyini əhatə edir. 22 fəsildən ibarət olan kitabda "Xəzəryanı Azərbaycan xanlıqları barədə Birinci Pyotrun strateji planları", "Birinci Pyotrun varisləri onun Cənubi Qafqaz siyasətini nə üçün davam etdirə bilmədilər", "Rusiyanın Cənubi Qafqazdakı əyalətlərinin 1728-ci ildə tərtib edilmiş siyahısı", "İran yürüşü tarixşünaslığında erməni koloritinin təzahürü" və bəzi başqa fəsillər yer alıb.
Nəşrə daxil edilmiş 6 ilkin sənədin əksəriyyəti nadir biblioqrafik vahidlərə çevrilib. Bu sənədlərdən biri 1783-cü ildən, digəri isə 1793-cü ildən sonra heç vaxt tam həcmdə dərc edilməyib. Kitabın 3-cü cildində isə indiyə qədər tarixi prosesin yanlış yozulmasına gətirib çıxarmış, gizlədilən milli və konfessional aspektlər nəzərdən keçiriləcək. Bu cilddə tarixin 13 ili əhatə olunacaq.
Müəllifin başlıca məqsədi oxucuya Azərbaycanın tarixi işğala məruz qalması barədə ətraflı məlumat verməkdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında