Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir

Prokurorluq orqanları tərəfindən korrupsiya cinayətlərinin təhlükəli təzahürlərindən olan rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. 
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Bakı şəhər sakini Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, iş stajının hesablanması və əlillik dərəcəsinin təyin olunmasını vəd edən "Mübariz" Müharibə Veteranlar Birliyi idarə heyətinin sədri Seymur Şirinovun ondan 2000 manat rüşvət tələb etdiyini bildirmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində S.Şirinov fevralın 17-də birliyin Bakı şəhərində yerləşən inzibati binasında xidməti otağında vətəndaşdan 2000 manat pulu rüşvət kimi alarkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. S.Şirinov həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.
Fakta görə, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
S.Şirinovun yaşadığı mənzilə baxış keçirilərkən oradan ayrı-ayrı şəxslərə məxsus 5 ədəd əmək kitabçası, şəxsiyyət vəsiqələrinin surətləri, 6 ədəd "Müharibə veteranı", 2 ədəd "Mübariz" Müharibə Veteranlar Birliyinin üzvlük vəsiqələri, fiziki şəxs kimi özünün adına olan möhür və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.
S.Şirinov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bundan başqa, vətəndaş Ağayev Əlifağa Dədəkişi oğlu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Münbarizə İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək, Xəzər rayonunda fəaliyyət göstərən özünəməxsus "Halal ərzaq" mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əmək və əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunmuş protokola uyğun olaraq inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün, həmin müfəttişliyin rəis müavini Dəmirov Teyyub Umud oğlunun ondan 1500 manat rüşvət tələb etdiyini bildirmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Dəmirov fevralın 18-də xidməti otağında Ə.Ağayevdən 1500 manat pulu rüşvət kimi alarkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulmuşdur. T.Dəmirov həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.
Həmin fakta görə başlanmış cinayət işi üzrə Teyyub Dəmirov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda qeyd edilən cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında