Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin məşhur İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasının fəxri üzvü seçilmişdir

Misir Ərəb Respublikasının birinci xanımı Süzan Mübarək Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya məktub göndərmişdir. Misirin məşhur İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasının sədri olan Süzan Mübarək şura üzvlərinin yekdil qərarı ilə Mehriban xanım Əliyevanın Qəyyumlar Şurasına fəxri üzv seçildiyini bildirmişdir.
Bu barədə AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurası dünyanın ən nüfuzlu elm adamlarından və görkəmli ictimai-siyasi şəxslərdən ibarətdir. İsgəndəriyyə kitabxanası özünəməxsus və beynəlxalq mandata malik olan milli qurumdur. Misir qanunu ilə yaradılmış kitabxana hökumətin tərkibindən çıxarılaraq, birbaşa dövlət başçısının səlahiyyət dairəsinə aid edilmişdir. Kitabxanaya bu cür misilsiz muxtariyyətin verilməsi Qəyyumlar Şurasının geniş səlahiyyətlərinə arxalanır.
Misir Ərəb Respublikasının birinci xanımı Süzan Mübarək Mehriban xanım Əliyevanın yüksək intellektinin və təcrübəsinin bir çox məsələlərin həllinə töhfə verəcəyindən və kitabxananı ziyarət etməsindən məmnunluq duyacağını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında