Xanlar VƏLİYEV: Qaradağlı, Meşəli və Xocalı faciələrini törədənlərin Ermənistanda və Dağlıq Qarabağda himayə olunmaları onların istintaqa cəlbini çətinləşdirir

Respublika Hərbi Prokurorluğu 2005-ci ildən başlayaraq Qaradağlı, Meşəli və Xocalı faciələrini törədənlərin aşkarlanaraq məsuliyyətə cəlb olunması istiqamətində işlər aparır.
Lakin cinayəti törədənlərin Ermənistanda və Dağlıq Qarabağda himayə olunmaları onların istintaqa cəlbini çətinləşdirib. Bununla belə, faktlar toplanır və sənədləşdirilir, müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılır".
APA-nın məlumatına görə, bu fikirləri respublikanın hərbi prokuroru Xanlar Vəliyev ermənilər tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində azərbaycanlılara qarşı qətliamın 20-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib.
Xanlar Vəliyev tədbirdə iştirak edən xarici diplomatlara müraciət edərək insanlığa qarşı cinayət törətmiş şəxslərin mühakimə olunmasını vacib sayıb: "Bu hadisələr 20 il əvvəl operatorların kameralarının önündə baş verib. Ermənilər dinc azərbaycanlıların başlarını erməni qəbirləri üstündə kəsiblər. Bu gün demokratiyanın beşiyi adlandırılan Fransa, İsveçrə kimi dövlətlər 100 il əvvəl Osmanlı imperiyasında baş verdiyi söylənilən, lakin təsdiqini tapmayan hadisə ilə bağlı qanunlar qəbul edir. Onlar nə üçün 20 il əvvəl olmuş hadisələrə reaksiya vermirlər?"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında