Qafqaz Müsəlmanları İdarəsində Moskva şəhəri hökumətinin üzvləri ilə görüş olmuşdur

Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdə səfərdə olan Moskva şəhərinin Regional Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqələr Departamentinin sədri Yuri Artyux və Moskva Hökumətinin naziri, Moskva şəhəri Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Sergey Çeryominlə görüş keçirilmişdir. 
Qonaqları səmimi salamlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə əmin olduğunu bildirmişdir ki, onların səfəri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
A.Paşazadə demişdir ki, onun fəaliyyəti uzun illər MDB ölkələri, o cümlədən Rusiya ilə bağlı olmuşdur. O, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxinin və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun böyük xidmətlərini qeyd edərək demişdir: "Biz Rus Pravoslav Kilsəsi ilə sıx əlaqələr qurmuşuq".
A.Paşazadə vurğulamışdır ki, Qafqaz Müsəlmanları İdarəsi bir çox ölkələrə tolerantlıq örnəyi olan Azərbaycanda təmsil olunmuş əsas konfessiyaların başçıları ilə sıx əməkdaşlıq edir.
Moskva şəhərinin Regional Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqələr Departamentinin sədri Yuri Artyux səmimi qəbula görə minnətdarlığını bildirərək, Moskva Hökumətinin, habelə Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin səmimi salamlarını və ən xoş arzularını çatdırmışdır. Qonaq ümidvar olduğunu bildirmişdir ki, bu səfər Moskvanın və Bakının, Rusiyanın və Azərbaycanın çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinə yeni təkan verəcəkdir.
Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının başçısı Aleksandr Şein, Azərbaycanın Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Bakıdakı Roman Katolik Kilsəsinin baş keşişi Vladimir Feketa iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında