ATƏT-in Bakı ofisinin rəhbəri Mətbuat Şurasında olmuşdur

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ilə görüşmüşdür. 
Şuradan bildirmişlər ki, Ə.Amaşov media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi missiyasını həyata keçirən şuranın beynəlxalq təşkilatlar ilə əlaqələrinin qurulmasına da xüsusi əhəmiyyət verdiyini demişdir.
Şura sədri vurğulamışdır ki, MŞ yaradıldığı gündən ATƏT-in Bakı ofisi ilə əməkdaşlıqda bunun faydalı nəticələrinə nail olmuşdur. Son illər bu istiqamətdə səylərin daha da artırıldığını deyən Ə.Amaşov birgə tədbirlər sayəsində "Diffamasiya haqqında" qanunvericilik aktı layihəsinin, "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları"nın yeni variantının hazırlandığını diqqətə çatdırmışdır.
K.Tarqay rəhbərlik etdiyi qurumun MŞ ilə əməkdaşlığına və şuranın fəaliyyəti barədə geniş məlumata malik olduğunu bildirmişdir. O, diplomatik fəaliyyəti müddətində bu sahədə səylərini əsirgəməyəcəyini demişdir. K.Tarqay "Diffamasiya haqqında" qanunun qəbulunun sürətlənməsinin vacibliyini bildirmişdir.
Görüşdə "Diffamasiya haqqında" qanunun qəbulu prosesin həlli istiqamətində səylərin davam etdirildiyi və cari ildə yekun nəticənin əldə olunacağı bildirilmiş, medianın digər problemləri və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq mütəxəssislərin iştirakı ilə internet jurnalistikaya dair konfransın, həmçinin birgə layihəyə əsasən İctimai Televiziyada medianın aktual problemlərinə dair diskussiyaların təşkil edilməsi ilə bağlı müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında