"Xocalıya ədalət" kampaniyası çərçivəsində Niderland parlamentinə faciənin iyirminci ildönümü ilə əlaqədar müraciət və bu soyqırımın tanınmasına dair 1 milyon yerli vətəndaşın imzalar toplusu təqdim edilmişdir

Fevralın 14-də "Xocalıya ədalət" kampaniyasının Niderlandda fəaliyyət göstərən nümayəndələri, "Azərbaycanın Holland Dostları" Cəmiyyətinin təmsilçiləri Azərbaycan diasporunun digər fəalları ilə birgə Niderland parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Nebahat Albayrak, bu komissiyanın katibi T.Van Toor, Niderland Əmək və Xristian Demokrat partiyalarından parlamentin deputatları Yeroen de Lange və Coşkun Görüzlə görüşmüşlər. 
"Xocalıya ədalət" kampaniyasının yerli əlaqələndirici komitəsinin sədri, Niderlandın milli qəhrəmanı, Oranje-Nassau Kral ordeni cəngavəri Gert van Dam Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 20 il öncə ermənilər tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş bu beynəlxalq cinayətə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etmiş və bu faciənin Niderland parlamentində gündəmə gətiriləcəyinə ümidvar olduğunu bildirmişdir. Çıxışının sonunda Gert van Dam parlament nümayəndələrinə "Qarabağ" adlı kitabını təqdim edərək, dünyanın ən demokratik ölkələrindən biri sayılan Niderland Krallığının parlamenti və ictimaiyyəti tərəfindən Xocalı faciəsi ilə bağlı Avropa dəyərlərinə əsaslanan ədalətin bərpa edilməsi üçün dəstək xahiş etmişdir.
Daha sonra "Azərbaycanın Holland Dostları" Cəmiyyətinin icraçı direktoru Marion van der Vegt söz alaraq bildirmişdir ki, 100 il öncə ermənilərlə bağlı hətta tarixçilər tərəfindən sübuta yetirilməyən naməlum hadisələrə siyasi don geydirmək əvəzinə, cəmi 20 il bundan əvvəl Xocalıda törədilmiş və artıq tam təsdiqlənmiş vəhşiliklərə Niderland və beynəlxalq birlik tərəfindən hüquqi və siyasi qiymət verilməlidir.
Gert van Dam və Marion van der Vegt Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsini tələb edən "Milyon imza - bir istək" toplusunu təqdim etmiş, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının tezliklə azad ediləcəyinə, regionda sülhün və insan hüquqlarının bərqərar olunmasına Niderland parlamentinin də öz töhfəsinin verəcəyinə ümidvar olduqlarını bildirmişlər.
Eyni zamanda, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının üzvləri olan bu deputatlar Xocalı soyqırımına dair müraciətin Niderland parlamentində baxılmasına nail olacaqlarına söz vermişlər.
Niderland parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Nebahat Albayrak bu yaxınlarda Vyanada ATƏT ilə Avropa Şurasının birgə təşkil edəcəyi toplantıya qatılacağını və bu məsələnin iclasın gündəliyinə salınması üçün çalışacağını qeyd etmişdir.
Görüşdə iştirak etmiş Niderland jurnalistləri Azərbaycan nümayəndə heyətinin müraciətinin Niderland parlamentinə təqdim olunmasını yerli mətbuatda geniş işıqlandırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında