Monrealda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçirilmişdir

Azərbaycanın Kanadadakı səfirliyindən daxil olmuş məlumatda bildirilir ki, fevralın 16-da Kanadanın Monreal şəhərindəki Makgil Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. 
Tədbir Azərbaycanın Kanadadakı səfirliyi və Kvebek Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Konfransda münaqişə ilə bağlı çıxışlar olmuş və müzakirələr aparılmışdır.
Toplantıda Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, Kanada Hərbi Kollecinin siyasət və iqtisadiyyat departamentinin professoru Pyer Jolikör, Laurenşian Universitetinin siyasi elmlər departamentinin professoru Oreli Lakassan və Kanada Beynəlxalq İnstitutunun tədqiqatçısı Rene Jendron çıxış etmişlər.
Tədbirdə Kanada ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, Monrealdakı Makgil, Konkordiya və digər universitetlərin tələbə və müəllimləri iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında