Macarıstanda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilmişdir

Azərbaycanın Macarıstandakı səfirliyi mərkəzi ofisi Budapeştdə yerləşən Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Səviyyədə Qarşısının Alınması üzrə Fond ilə birgə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş "Təcrübədə soyqırımı və kütləvi qırğının qarşısının alınması: Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu" adlı beynəlxalq konfrans keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Xocalı faciəsi beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq hüquq üzrə tanınmış ekspertlər tərəfindən müzakirə edilmişdir.
Konfransda Avropa İttifaqının, Yuqoslaviya üzrə beynəlxalq tribunalın rəsmiləri, BMT və ATƏT-in keçmiş səfirləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak etmişlər.
Beynəlxalq konfransı Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və fondun direktoru Dyörd Tatar açmışlar.
Tədbirdə Xocalı və Srebrenitsa qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis, macar akademiki Həmzə Qaborun moderatoru olduğu "Cənubi Qafqazda imkanlar və çağırışlar" bölməsində Ferrara Universitetinin professoru Serena Forlatti (İtaliya), Leçestr Universitetinin professoru Pol Behrens (Böyük Britaniya), Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov, Xocalı soyqırımının şahidi, jurnalist Səriyyə Müslümqızı çıxış etmişlər. Konfrans iştirakçılarına XX əsrin insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı məlumat verilmişdir.
Macarıstan xarici işlər nazirinin keçmiş müavini, Korvinus Universitetinin professoru Andre Erdöşün rəhbərliyi ilə keçirilmiş "Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq güclərin məsuliyyəti" adlı üçüncü paneldə Avropa İttifaqının təmsilçisi Yonas Yonssonun, ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri, səfir Aleksandr Kornelissonun (Niderland), ölkəmizin Macarıstandakı səfirliyinin müşaviri Anar İmanovun çıxışları dinlənilmişdir.
Müzakirələrdə Macarıstanın ombudsmanı Mate Sabo, həmçinin Macarıstan parlamentinin, Azərbaycan Respublikası Milli Məclisinin, ölkəmizin xarici siyasət idarəsinin, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun xüsusi əlaqələndiricisi və başqaları çıxış etmişlər.
Beynəlxalq konfransda Xocalı soyqırımına dair sənədli film nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında