Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi sürətlə qalxır

Çayın səviyyəsi daha 1-1,2 metr qalxarsa, hər iki rayon üçün təhlükə yarana bilər
Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi qalxmaqda davam edir. Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsinin direktoru Əkbər Həsənov məlumat verib. Onun bildirdiyinə görə, son günlər Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində suyun səviyyəsinin artımı müşahidə olunur. Təkcə fevralın əvvəlindən indiyə kimi çayın səviyyəsi Salyan rayonunda 75 santimetr, Neftçalada isə 35 santimetr qalxıb. Çayda suyun qalxmasına səbəb kimi yağıntıların və qarın əriməsi göstərilir. Hazırda Kür çayında saniyədə 500 kubmetr su sərfi var. Bundan sonra da çayda suyun səviyyəsinin artması gözlənilir.
Əkbər Həsənovun sözlərinə görə, Kürün səviyyəsi daha 1-1,2 metr qalxarsa, hər iki rayon üçün təhlükə yarana bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında