İstehlakçıları aldadanlar ciddi cəzalandırılacaq

İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını, bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsini, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini tələb edir. Məhz bu səbəbdən son dövrlər istehlakçıların hüquqlarının müdafiəsi ölkəmizdə aktuallıq kəsb edən məsələlərdən birinə çevrilmiş və hər bir istehlakçı öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışdır. 
Etiraf edək ki, son zamanlar mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan və müxtəlif qatqılı yeyinti məhsulları hamını narahat edir. Buna görə də dünyanın sivil dövlətləri, o cümlədən Azərbaycan da istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək yollarını təkmilləşdirir. Milli Məclisdə bu il fevralın 15-də qəbul edilən qərar da məhz bununla bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, malı satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə fiziki şəxslər 6 yüz manat miqdarında, hüquqi şəxslər 3 min manat miqdarında cərimələnəcək.
Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, istehklakçıları aldatmağa görə 3 min manatdan 5 min manatadək miqdarda cərimə nəzərdə tutulur və ya 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılacaq. İstehlakçıları aldatma dedikdə, malı satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair xeyli miqdarda aldatma başa düşülür. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bu qanun pozuntusuna görə, yüz manatdan 3 yüz manatadək miqdarda cərimə və ya 80 saat ictimai işlər nəzərdə tutulub.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə 5 min manatdan 7 min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Xatırladaq ki, əvvəllər bu qanun pozuntusuna görə 300 manatdan 600 manatadək cərimə tətbiq olunurdu.
Qəsdən keyfiyyətsiz məhsulların istehsalı, satışa buraxılması və belə məhsulların satışı, onların keyfiyyətsizliyinin gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarında cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılma nəzərdə tutulur. Əvvəl bu qanun pozuntusuna görə 500 manatdan 1000 manatadək cərimə tətbiq edilirdi.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qazeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında