Cəbrayıl Rayon İcra Hakimiyyətində ötən ilin yekunları müzakirə olunmuşdur

Fevralın 16-da Biləsuvar rayonu ərazisindəki qəsəbədə Cəbrayıl Rayon İcra Hakimiyyətinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
RİH-dən bildirmişlər ki, tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və ziyalılar iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Cəbrayıl RİH başçısı Mahmud Quliyev 2011-ci ilin ölkəmiz üçün sosial-iqtisadi sahələrdə qazandığı çoxlu uğurlar və dünya miqyasında əldə etdiyi nailiyyətlərlə yadda qaldığını bildirmişdir. M.Quliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafının daha da sürətləndiyini, regionda və dünyada özünü tam təmin edən güclü bir dövlətə çevrildiyini diqqətə çatdırmışdır.
RİH başçısı bildirmişdir ki, ötən hesabat ilində respublikada olduğu kimi Cəbrayıl rayonunda da müsbət işlər görülmüş, əhalinin problemlərinin həlli istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.
Qeyd edilmişdir ki, hazırda 15794 ailədə birləşmiş 65943 nəfər rayon əhalisi respublikanın 56 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Ötən il ümumi daxili məhsul istehsalının 32,2 faiz artaraq 10,3 milyon manata çatdığı bildirilmiş, 9,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, özəl sektorun inkişafı hesabına 202 yeni iş yeri açılmışdır.
Qeyd edilmişdir ki, iqtisadi inkişaf cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvarda salınan 11 qəsəbədə infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaratmışdır. Rayon icra hakimiyyəti üçün inzibati bina tikilmiş, 2 min 598 ailədən ibarət altı qəsəbədə su sistemi qurulmuş, qəsəbədaxili yollar təmir olunmuşdur. Qəsəbələrdə müasir məktəblər, klublar, həkim ambulatoriyaları fəaliyyət göstərir.
Rayon icra hakimiyyəti tərəfindən sahibkarlığın inkişafı üçün bütün müraciətlərə diqqətlə yanaşılmış, qəsəbə sakinlərinə ərazidən münasib torpaq sahəsi ayrılması operativ olaraq təmin edilmişdir. Rayon sakinlərinin məskunlaşdıqları qəsəbələrdə 2003-cü ildən bu günə kimi pərakəndə ticarət üzrə 189, sənaye və tikinti materiallarının satışı üzrə 22, ictimai iaşə üzrə 22, istehsal sahəsi üzrə 9, təmir-tikinti sahəsi üzrə 3, təhsil, səhiyyə, rabitə, nəqliyyat xidmətləri üzrə 17, topdansatış ticarət sahəsi üzrə 6, digər sahələr üzrə isə 97 fərdi xidmət obyektlərinin yaradıldığı bildirilmişdir. Həmin xidmət sahələrinin qəsəbədə məskunlaşmış əhalinin gündəlik ərzaq və qeyri-ərzaq mallarına, eləcə də digər zəruri xidmətlərə olan tələbatını ödədiyi qeyd edilmişdir.
Bildirilmişdir ki, ötən hesabat ilində rayonda təhsilin inkişafı üçün mümkün olan bütün imkanlardan istifadə edilmiş, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması və təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür. 2011-2012-ci tədris ilində respublikanın ayrı-ayrı bölgələrində 40 tam orta, 4 ibtidai, 1 məktəbdənkənar müəssisə - şahmat məktəbi, 11 uşaq bağçası fəaliyyət göstərmişdir.
Ötən il Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmi saytının da istifadəyə verildiyi bildirilmişdir. Saytda rayon haqqında, keçirilən tədbirlər, idarəetmə orqanları və digər sahələr barədə məlumatlar yerləşdirilmişdir.
Cəbrayıllı idmançıların ötən il beynəlxalq yarışlarda 9 qızıl, 4 gümüş və 4 bürünc medal qazandıqları, "İdman ili" çərçivəsində bu uğurların daha da artacağı xüsusi vurğulanmışdır.
Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev yığıncaqda çıxış etmişdir.
Tədbirdə çıxış edən rayon maliyyə şöbəsinin müdiri Famil Balayev, Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev, Milli Məclisin deputatı Astan Şahverdiyev və başqaları 2011-ci ildə respublikamızın uğurlarından, qarşıda duran vəzifələrdən danışmışlar.
Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında