Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqlənmiş gənclərə mükafatlar təqdim edilmişdir

Fevralın 16-da "Buta Palace"da 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak etmişlər.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, ümummilli lider Heydər Əliyev daim gənclərə qayğı göstərmiş, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Qeyd edilmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artırılmasına olduqca müsbət təsir göstərdiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Mədəniyyət və incəsənət, elm, texnika və təhsil sahəsində nailiyyətlər qazanan, respublikamızı xarici ölkələrdə, beynəlxalq miqyaslı tədbirlərdə yüksək səviyyədə təmsil edən gənclərin sayının ildən-ilə artması məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.
Ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülən işlər barədə məlumat verən İntiqam Babayev qeyd etmişdir ki, ölkədə gənclər aparıcı qüvvədir. Onlara sağlam və fəal həyat mövqeyi aşılanması, geniş fəaliyyət şəraiti yaradılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, 2010-cu il Azərbaycan Prezidenti tərəfindən "Gənclər ili" elan edilmiş, 2011-2015-ci illər üçün Dövlət Proqramı qəbul olunmuşdur.
Hər cür imtiyazlara malik olan Azərbaycan gənclərinin istər işlə təminatında, istər xarici ölkələrdə təhsil almalarında, istərsə də onların istirahətlərinin təminatında böyük proqramların reallaşdırıldığını bildirən nazir müavini bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi üçün ardıcıl tədbirlərin görüldüyünü söyləmişdir.
Sonra dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərmiş gənclər ənənəvi olaraq 2 fevral - Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı" ilə təltif olunmuşlar.
Mükafatları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və gənclər və idman naziri Azad Rəhimov təqdim etmişlər.
Tədbir konsert proqramı ilə davam etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında