Azərbaycan parlamentinin sədr müavini: "İran tərəfindən Azərbaycanla münasibətlərə xələl gətirə biləcək bəzi hərəkətlərə yol verilir"

APA-nın xəbərinə görə jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu hərəkətlərə yol verənlər İranın bir sıra din xadimləri və bəzi dairələridir:
"Azərbaycanın qonşu dövlətlərlə, hətta bizə qarşı düşmən mövqeyində dayanan dövlətlərlə də beynəlxalq hüquq prinsiplərinə uyğun davrandığını və diplomatik normaları hər zaman gözlədiyini nəzərə alaraq, biz münasibətimizi elə bu qaydada da bildirəcəyik və mövqeyimizi ifadə edəcəyik. İranın bəzi dairələri, o cümlədən rəsmi orqanlar Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsinə uyğun fikirlərin səsləndirilməsinə çalışmalıdırlar və bu kimi məsələlərdə diqqətli olmalıdırlar. Çünki münasibətlərin qurulması uzun vaxt çəkir, illərlə, onillərlə qurulur. Amma bu münasibətləri bir andaca yox etmək olar. İranın özünün indi düşdüyü vəziyyət onu vadar etməlidir ki, qonşu dövlətlərlə, xüsusən ona dostluq, qardaşlıq münasibəti göstərən Azərbaycanla münasibətlərdə bu məsələləri nəzərə alsın. Əks halda, biz bunu, yumşaq şəkildə desək, çox böyük təəssüf hissi ilə qarşılayarıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında