Azərbaycan Respublikası Dövlət Neft Fondu qızıla investisiya yatırmağa başlamışdır

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin şaxələndirilməsi və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya yatırmağa başlamışdır. Azərbaycan Prezidentinin 2011-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən 2012-ci ildə Fondun investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri qızıla investisiya edilə bilər.
ARDNF-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə, fevralın 1-dən etibarən London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrinin alışına başlanılmışdır.
1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və "saflaşdırma şirkətlərini əhatə edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında