Balıqçı gəmisində baş vermiş partlayışla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanmışdır və istintaq aparılır

Fövqəladə Hallar Nazirliyi (FHN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən daxil olmuş məlumatda bildirilir ki, fevralın 16-da saat 14:00 radələrində Xəzər dənizinin paytaxtın Xətai rayonu ərazisinə aid hissəsində sahildə dayanan "Mərdəkan" balıqçı gəmisində partlayış baş vermişdir.
Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun rəhbər heyəti dərhal hadisə yerinə gəlmiş, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qısa vaxtda gəmidə baş vermiş yanğını tam söndürmüşlər.
Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi və Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutunun ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.
Hadisə yerində 4 nəfərin - 1964-cü il təvəllüdlü gəmi kapitanı Hacı Xanbutayev, 1965-ci il təvəllüdlü matros Maarif Ağayev, mexanik Sahib Beydullayev və 1960-cı il təvəllüdlü qaynaqçı Mehman Hacıyevin meyitləri aşkarlanaraq müayinə olunması üçün məhkəmə-tibb ekspertlərinə təqdim edilmişdir.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır, istintaq aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında