Qarlı hava da gözəldir! Xüsusən, bu havada 55 000 manat udsan!

Fevral ayı başlayandan əksəriyyətimiz az qala bütün dünyanı cənginə alan anomal şaxtalardan danışır, hələ də davam etməkdə olan soyuqlardan gileylənirik. Bir-iki həftədir ki, günəşli hava, müsbət hərarət üçün qəribsəmişik. Amma elə insanlar var ki, 2012-ci ilin qarlı, şaxtalı bu günləri onların xatirində hələ uzun müddət, xoş hərarət və sevinc dolu bir dövr kimi qalacaq. Məsələn, bizlərdən hansı birimizisə, dəvət edələr AzTV-yə, milyonlarla tamaşaçının gözü qarşısında 55000 manat verələr, deyələr "düşərli olsun, gedin xeyir işlərə xərcləyin!" Bundan sonra şaxta bizə neylər? 
Bu sualı "Uğur" lotereyasının 26-cı tirajında 55000 manat məbləğində "Cek Pot"u udan Astara rayon sakini Əliyev Eldar Əmrail oğluna verdik. Məlum oldu ki, 19 yaşlı bu xoşbəxt gənc, özünün səmimiyyətlə dediyi kimi, fevral ayının 10-da, axşam canlı efirdə, çoxsaylı televiziya tamaşaçılarının gözü qarşısında 55000 manatı aldıqdan sonra da, belə böyük bir məbləğə sahib olmasına inana bilmirmiş. Belə böyük uduşdan sonra ilk ağlına gələn, bir avtomobil almaq, gələcək toy üçün tədarük görmək olub.
Yeri gəlmişkən, "Azərlotereya" ASC-nin "Uğur" lotereyasının, son iki həftədə xoş hərarət bəxş etdiyi, təkcə Astara sakini Əliyev Eldar Əmrail oğlu deyil. Fevralın 10-u Eldarla yanaşı, Bakı şəhər sakini Məlikov Tərlan Telman oğluna bu lotereyanın 24-cü tirajında udduğu "Kia Rio" avtomobilinin açarları təqdim olundu. "Uğur"dan daha bir "Kia Rio" avtomobili də 26-cı tirajın qalibi, Lənkəran şəhər sakini Cəbrayılov Paşa Əzizağa oğluna qismət oldu.
"Azərlotereya" ASC-nin keçirdiyi digər oyunlar da lotereya həvəskarlarına sevinc dolu anlar bəxş etdi. Lotereya bazarının ən uzunömürlüsü olan "Ailə Sevinci"ndə, Bakı şəhər sakini Həmidov Fuad Rövşən oğlu "Nissan Sunny" avtomobili udmaqla əsl ailə sevinci yaşadı."5/36" lotereyasının 353-cü tirajında Zaqatala rayon sakini Osmanov Rəfayil Həmid oğlu isə 5150 manat uddu. Düzdür, bu uduş Əliyev Eldarın udduğu 55000 manatla müqayisəyə gəlmir. Amma, əvvəla, bu az məbləğ deyil, ikincisi, 48 yaşlı Rəfayilin dediyi kimi, hər kəsin öz qisməti var. Bakı şəhər sakini Racov İlhan Teyub oğlu da öz qismətindən, "5/36" lotereyasının 356-cı tirajında udduğu 4500 manatdan razıdır. Yeri gəlmişkən, həftənin birinci günü, bu oyunun 359-cu tirajında 101925 saylı biletin sahibi də 4500 manat məbləğində uduşundan, yəqin ki razıdır.
Qarlı-çovğunlu havalar geri çəkilməkdədir və baharın ilıq nəfəsini hiss etməyimizə bir şey qalmayıb. "Azərlotereya" ASC isə adəti üzrə mart ayında ənənəvi oyunlarla yanaşı, həyata keçirəcəyi "Binqo+8" və "Bahar Sevincləri" layihələri ilə bu oyunların iştirakçılarına ən azı 12 avtomobil və sanballı pul uduşları ilə əsl sevinc və xoş hərarət bəxş edəcək. Yəqin ki, çoxlarınız satışda nəfis forma və dizaynı ilə unikal açıqca kimi özü-özlüyündə gözəl hədiyyə olan lotereya biletlərinə rast gəlmisiniz. Unutmayın, bu gözəl "açıqca" həm də KİA "Sportage" və 7 ədəd Chevrolet "Aveo" avtomobili deməkdir və mart ayının 7-də bu uyğunluğu yoxlamağa dəyər. Mart ayının 21-də isə, axşam, bayram süfrəsi arxasında, AzTV kanalında "Bahar Sevincləri" lotereyasının tirajını izləyin - şou, əyləncə və həyəcan dolu anlarla yanaşı, Toyota "Prado", Hyundai "Sonata", KIA "RİO", Nissan "SUNNY" və bir neçə Chevrolet "Aveo" avtomobilləri ilə bayramınıza bayram qatın.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında