Daşkəsən şəhəri ötən ilə yekun vurmuşdur

Bu günlərdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, ötən bir ildə Daşkəsən şəhəri öz görkəmini xeyli dərəcədə dəyişmiş, iqtisadiyyatın bütün sahələrində diqqətçəkən uğurlar, irəliləyişlər olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarından, tapşırıqlarından, "2009 - 2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın tələblərindən irəli gələn vəzifələrin ardıcıl, məqsədyönlü surətdə yerinə yetirilməsi üçün şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bütün daxili imkanlardan, ehtiyatlardan səmərəli istifadə edərək 2011-ci ili uğurla yekunlaşdırmışdır.
Daşkəsən şəhərindəki mürəkkəb iqlim şəraiti hamıya yaxşı məlumdur. Şəhərdə sel sularının törətdiyi fəsadların qarşısını almaq məqsədilə xeyli iş görülmüşdür. Şəhər ərazisində olan sel sularının ötürücüləri əsaslı təmir edilərək yenidən qurulmuşdur. İ.Qayıbov küçəsindəki 45 saylı binanın sel sularının ötürücüsü uzun müddət idi ki, sakinləri ciddi narahat edirdi. Nəhayət, burada aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində bu ağır problem öz həllini tapdı. Daşkəsən şəhəri ilə 5 kəndi birləşdirən yolun kənarında 450 metr uzunluğunda aparılan sel suları üçün küvüeytin tikintisi, İ.Qayıbov küçəsindəki "Yeni həyat" xeyir-şər evinin, "Daşkəsən şəhidləri" bulağının, Bayraq Meydanı kompleksinin istifadəyə verilməsi, şəhər ərazisində 19570 kvadratmetr sahəyə asfalt örtüyün salınması, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda, Şəhidlər Xiyabanında, Böyük Vətən müharibəsində həlak olmuş insanların xatirəsinə ucaldılmış abidə kompleksində nümunəvi səliqə-sahman yaradılması, 17 ədəd çoxmərtəbəli binanın dam örtüyünün təzələnməsi, Nizami küçəsindəki 17, 18 saylı binaların dam örtüklərinin Daşkəsən şəhərində ilk dəfə olaraq dəmir örtüklərlə əvəzlənməsi məhz ötən ilə təsadüf etmişdir.
Məruzəçi bildirmişdir ki, ötən hesabat ilində Daşkəsən şəhəri ərazisində yaşıllıq işlərinə diqqət artırılmış, minlərlə sərv və şam ağacı, həmçinin digər yaşıllıq ağacları əkilmişdir. Şəhərdə daha böyük quruculuq, abadlıq işləri aparmaq üçün tədbirlər planı var. Gələcəkdə daşkəsənlilər üçün rahat, problemsiz həyat şəraiti yaradılacaq. "Azərbaycan Respublikasında 2009 - 2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin də yenidən qurulması nəzərdə tutulmuşdur.
Hesabat məruzəsi ətrafında "Daşkəsən Filizsaflaşdırma" ASC-nin departament meneceri Nadir Quliyev, 5 saylı körpələr evi - uşaq bağçasının müdiri Mehriban Rüstəmova, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Ülfət Abdıyeva, Daşkəsən su-kanal idarəsinin rəisi Pənah Əhmədov, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Sevil Ələsgərova çıxış etmiş, şəhər ərazi dairəsi üzrə nümayəndəsinin bir illik fəaliyyətini qənaətbəxş hesab etmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhər ərazi üzrə nümayəndəsinin hesabat yığıncağında çıxış edərək bildirmişdir ki, ölkəmizdə, rayonlarımızda, regionlarımızda gedən bütün bu yaxşı işlərin, nailiyyətlərin ilham mənbəyi ulu öndərimiz Heydər Əliyevin uzun illərə hesablanmış müdrik siyasətinin nəticəsidir. Azərbaycan xalqı bu mənada xoşbəxt xalqdır ki, onun dünya şöhrətli İlham Əliyev kimi qurucu, yaradıcı, beynəlxalq aləmdə öz nüfuzu ilə seçilən Prezidenti vardır. Azərbaycanı və eləcə də ölkəmizi xoş gələcək gözləyir. Arzum budur ki, Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin növbəti hesabatını Yeni Daşkəsənin ucaldılan binalarının birində eşidək.

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında