Azərbaycanda hava şəraiti ilə əlaqədar təxirə salınan dərslər necə kompensasiya ediləcəkdir?

Azərbaycan Təhsil Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar fevralın ilk günlərində ölkənin ümumtəhsil müəssisələrində bir neçə gün təxirə salınan dərslərin tədris prosesində hansı formada kompensasiya ediləcəyini açıqlamışdır. 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə bildirmişdir ki, hava şəraiti ilə əlaqədar ölkənin 5 günlük tədris rejimi ilə işləyən məktəblərində 2 gün, 6 günlük tədris rejimi ilə işləyən məktəblərində isə 3 gün dərslər keçirilməmişdir.
Dərslər yalnız bir neçə günlük təxirə salındığı üçün nazirlik bu məsələnin həllini rayon, şəhər təhsil şöbələri və məktəb direktorlarının ixtiyarına vermişdir. Dərslərin keçirilmədiyi günlərin qarşıdan gələn yaz tətili müddətində nəzərə alınıb-alınmayacağını da məktəblər özləri müəyyənləşdirəcəklər. Hər bir məktəb öz nizamnaməsinə uyğun olaraq, bu barədə qərar qəbul edəcəkdir. Onlar özləri həmin günləri nəzərə almaqla, bu məsələni tədris prosesində tənzimləyəcəklər.
Xatırladaq ki, Azərbaycanın təhsil naziri Misir Mərdanovun əmri ilə kəskin hava şəraiti ilə əlaqədar fevralın 2-dən 5-dək orta ümumtəhsil məktəblərində dərslər təxirə salınmışdı. Nazirlik fevralın 8 və 9-da müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar istilik sistemi olmayan məktəblərdə dərslərin keçirilməməsini, məktəbdən uzaqda yaşayan və nəqliyyat problemi olan şagirdlərin dərsə gəlməməsini tövsiyə etmişdi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında