Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müsabiqəyə yekun vurdu

Fevralın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) "Azərbaycan həmkarlar ittifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, radio və televiziya süjeti" respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Ümumilikdə 70-dən çox yazının və videosüjetin təqdim olunduğu musabiqədə 3 nəfər 1-ci yerə (hər biri 1000 manat), 8 nəfər 2-ci yerə ( hər biri 500 manat), 10 nəfər isə üçüncü yerə ( hər biri 300 manat) layiq görülmüşdür. Bundan başqa, 8 müəllif müsabiqənin həvəsləndirici mükafatını (200 manat) almışdır.
Mərasimi giriş sözü ilə açan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qeyd etdi ki, son dövrlərdə Azərbaycan həmkarlar ittifaqlarının qazandığı nailiyyətlər, onun beynəlxalq arenada özünü təsdiqləməsi, dünyanın qabaqcıl ölkələrinin həmkarlar ittifaqları ilə işgüzar əməkdaşlıq münasibətlərinin yaradılması və inkişafı, AHİK-in işçilərin sosial-iqtisadi hüquqlarının həqiqi müdafiəçisi imicini qazanması, həyata keçirdiyi layihələr və təşəbbüslər kütləvi informasiya vasitələri tərəfindən geniş və obyektiv işıqlandırılmışdır.
Konfederasiya sədri vurğuladı ki, dörd nominasiya üzrə keçirilən bu müsabiqədə Azərbaycan həmkarlar ittifaqlarının bugünü və sabahı, işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, AHİK-in beynəlxalq arenada fəaliyyəti, həmçinin cəmiyyətdəki yeri və rolu mövzularına üstünlük verilmişdir.
Səttar Mehbalıyev daha sonra bildirdi ki, bu müsabiqəni təşkil etməkdə məqsədimiz uğurlu işlərimiz haqqında hər kəsdə aydın təsəvvür və işıqlı gələcəyə doğru inamla irəliləmək üçün stimul yaratmaqdır. Həmkarlar ittifaqlarının fəaliyyətində KİV-in rolunun artırılması informasiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. AHİK bu sahədə atılan addımların davamlılığını təmin etmək üçün ciddi səylər göstərib və bundan sonra da göstərəcəkdir.
Sonda müsabiqə qaliblərinə pul mükafatları və diplomlar təqdim edildi. Respublikanın 16 qəzet və jurnalını, habelə 4 informasiya agentliyi və saytını təmsil edən qaliblərin sırasında "Xalq qəzeti"nin üç əməkdaşı - Qüdrət Piriyev (I yer), Telman Əliyev (II yer)Vaqif Bayramov (həvəsləndirici mükafat) da vardır.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında