"Azərsu" ASC Dünya Bankı ilə əməkdaşlığını davam etdirir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ölkəmizin su və kanalizasiya sistemlərinin yeniləşdirilməsinə dair layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını davam etdirir. 
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, fevralın 15-də Dünya Bankı Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri layihələrinin icrasının dəstəklənməsi və təklif olunan Hövsan Tullantı Sularının Dənizə Axıdılması Layihəsi ilə bağlı danışqların aparılması məqsədilə bankın Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilmişdir.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Dünya Bankının yaxından iştirak etməsini yüksək qiymətləndirərək bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirmişdir.
Dünya Bankının missiyasının rəhbəri Manuel Marino Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirmiş və qeyd etmişdir ki, Dünya Bankı su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcəkdir.
Görüşdə "Azərsu" ASC üçün insritusional gücləndirmə komponenti, Bakı şəhərinin Regional İnkişaf Proqramının hazırlanması, Hövsan Tullantı Sularının Dənizə Axıdılması Layihəsi və digər perspektiv layihələr müzakirə edilmiş, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Xatırladaq ki, Azərbaycan Respublikası hökuməti ilə Dünya Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" həyata keçirilir. Dünya Bankı Şamaxı, Qəbələ, Saatlı və Sabirabad rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün kredit ayırmışdır.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında