"Dövlət və din" ictimai fikir toplusunun yanvar-fevral nömrəsi çapdan çıxmışdır

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan "Dövlət və din" ictimai fikir toplusunun yanvar-fevral nömrəsi çapdan çıxmışdır.
DQİDK-dən bildirmişlər ki, jurnalın bu ildə ilk nömrəsi Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki ilə açılır. "Rəsmi guşə" rubrikası ilə hazırlanan bölmədə Azərbaycan Prezidentinin Milad bayramı münasibətilə respublikamızın pravoslav xristian icmasına təbriki, Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı və dövlət başçısının açılış mərasimindəki çıxışı, eləcə də Prezident İlham Əliyevin Gəncədəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olması barədə materiallar dərc edilmişdir.
Bu nömrədə təqdim olunan "Gerçəklik" rubrikasında Aydın Əlizadənin "Müstəqillik dönəmində Azərbaycanda qeyri-müsəlman inanclarının yayılması və bugünkü dini duruma dair", Elçin Cabbarovun "Mediada terrorçuluq məsələləri" və Mehman Şabanovun "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və Heydər Əliyevin respublikamızın ərazi bütövlüyünün qorunmasındakı fəaliyyətinə dair (1969-1982)" məqalələri dərc olunmuşdur. Professor Rüstəm Rüstəmovun bu bölməyə daxil edilmiş "Vozmojnıye patoloqiçeskiye mexanizmı vozniknoveniye, razvitiye i soxraneniye preslovutoqo "armyanskoqo voprosa" başlıqlı məqaləsi uzun illərdir müzakirə olunan mövzuya yeni elmi baxış kimi diqqəti cəlb edir.
Oxucular ənənəvi "Cəmiyyət və din" bölməsində "Azərbaycanda sekulyarlıq ənənəsinə dair" (Radif Mustafayev) məqaləsi, "İslam həqiqətləri" guşəsində isə "Qəzalinin antropoloji görüşləri, yaxud "kamillik" konsepsiyası" (İradə Zərqan) yazısı ilə tanış ola bilərlər.
İctimai fikir toplusunun maraqlı rubrikalarından olan "Tarixə pəncərə" bölməsində dərc olunmuş Cabbar Cəlil Bəydillinin "Orta əsr türk-islam mədəniyyətlərində təriqətlərin yeri" və Sakit Hüseynovun "Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və dini-mənəvi dəyərlərimizə münasibətə dair" sərlövhəli yazılar diqqəti cəlb edir.
Şamil Nəcəfovun "Skeletsiz qəbirlər və kenotaflar (Azərbaycanın qədim sakinlərinin e.ə IV-I minilliklərə aid dəfn adətləri əsasında)", Anar Ağalarzadənin "Cəlilabad rayonundakı Qoşatəpə orta əsr kənd tipli yaşayış məskəni haqqında" və Əfqan Şəfiyevin "Azərbaycan maddi-mədəniyyət nümunələri: silahlar" başlıqlı məqalələri jurnalın "Abidələr" guşəsində yer almışdır.
Sevinc Rəhnullanın "Qafqazda Müsəlman Ruhani İdarəsinin yaradılması və ilk şeyxülislamlar" və Şükufə Qədimovanın "Anadolu coğrafiyasında türk təsəvvüf ədəbiyyatına dair" məqalələri isə toplunun "Etüd" rubrikasına daxil edilmişdir.
Milli mətbuat tariximizlə maraqlananlar filologiya elmləri doktoru Abid Tahirlinin "Kaspi" dalğası: dini-mənəvi dəyərlər və Ceyhun Hacıbəyli" sərlövhəli elmi-publisistik yazısı ilə də jurnalın bu nömrəsində tanış ola bilərlər.
Jurnalın bu nömrəsində "Məhəmməd. İlk mənbələr əsasında onun həyatı" adlı monoqrafiyanın ana dilimizə tərcüməsinin davamı da dərc edilmişdir.
Nəhayət, toplunun "Sirlər xəzinəsi" rubrikasında arxeologiya, din, incəsənət, kitabşünaslıq və memarlığa dair maraqlı qısa xəbərlər, "İzahlı lüğət" bölməsində isə dini terminlərin izahı verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında