Azərbaycanın xarici siyasətində Almaniya ilə əlaqələr əhəmiyyətli yer tutur

Fevralın 15-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının üzvü Mixail Fuks ilə görüşmüşdür.
YAP-ın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Ə.Əhmədov ölkələrimiz arasında əməkdaşlıq münasibətlərindən danışmış, Azərbaycanın xarici siyasətində Almaniya ilə əlaqələrin əhəmiyyətli yer tutduğunu bildirmişdir.
İcra katibi qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətdən, həmçinin YAP-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və ölkəmizin ictimai - siyasi həyatındakı mövqeyi barədə ətraflı məlumat vermişdir.
Görüşdə YAP ilə Almaniya Xristian Demokrat Birliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı görüşlərin keçirilməsinin vacibliyi vurğulanmışdır.
Almaniya Bundestaqının üzvü Mixail Fuks ölkəmizdə olmağından məmnunluğunu bildirmiş, son vaxtlar Azərbaycanda geniş quruculuq-abadlıq işlərinin aparılmasını ölkənin iqtisadi inkişafının göstəricisi olduğunu demişdir. Qonaq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynadığını vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında